Azərbaycan Boks Federasiyasının kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

27 sentyabr – Anım günü ilə əlaqədar Azərbaycan Boks Federasiyasının kollektivi, məşqçilər və milli komandanın üzvləri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlar Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən igidlərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.