Anar Babanlı Asiya çempionatının ən yaxşı hakimi seçilib

Tailandın paytaxtı Banqkokda 19 və 22 yaşadək boksçular arasında Asiya çempionatı keçirilib. Yarışda Azərbaycanın beynəlxalq dərəcəli hakimi Anar Babanlı referilər sırasında yer alıb.
9 gün davam edən çempionatın yekununa əsasən həmyerlimiz ən yaxşı ədalət təmsilçisi seçilib.
