Boksçularımız Dünya kubokunda kubalı və rusiyalı rəqibinə qalib gəlib, finala yüksəlib
Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub. Yarışda Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.
Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) yarımfinalda kubalı Manuel Sober Ruisə qalib gəlib. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Nəzərov finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.
51 kq-da mübarizə aparan Zidan Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər 3 raundda rəqibindən güclü olan boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.