Boksçularımız Çin millisi ilə döyüşəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Çinə yollanıb. Yığma Usi şəhərində yerli komanda ilə martın 20-dək təlim-məşq toplanışında iştirak edəcək.

Hazırlıqda məşqçilər Yadigar Məmmədovla Ceyhun Əbiyevin rəhbərliyi altında Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev (hər ikisi 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq), Fəqan Məmmədov (80 kq), Seyid Seyidov (86 kq) və Yohannes Nuriyev (+92 kq) iştirak edəcəklər.

Toplanış çərçivəsində sınaq döyüşləri də təşkil olunacaq.

Boksçularımız Bakıya martın 20-də qayıdacaqlar.