ABF-də məşqçilərlə yeni ilin təqvim planının tərtib edilməsi müzakirə olunub

Azərbaycan Boks Federasiyasında (ABF) milli komandaların məşqçilər korpusu ilə görüş keçirilib. Görüşdə ABF prezidentinin müşaviri Samir Hüseynov, qurumun baş katibi Nağı Səfərov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov və texniki direktor Ravşan Xocayev iştirak ediblər.

Toplantıda 2024-cü il üçün təqvim planının tərtib edilməsi, milli komandaların formalaşdırılması, gələcək planlar, perspektivlər, lisenziya turnirlərinə və Paris Yay Olimpiya Oyunlarına hazırlıq müzakirə edilib. Həmçinin, təlim-məşq toplanışları və yeni ildə təşkil olunacaq müxtəlif yaş qrupları üzrə Avropa çempionatları ilə bağlı fikir mübadiləsi aparılıb.