Vətən müharibəsi şəhidi Vüsal Kazımovun xatirəsinə boks turniri keçirilib

Noyabrın 18-20-də Lənkəran rayonunun Liman şəhərində yerləşən Cənub Regional Boks Mərkəzində Vətən müharibəsi şəhidi Vüsal Kazımovun xatirəsinə həsr olunmuş ənənəvi boks turniri keçirilib. Yarışda 5 komandanı təmsil edən 84 idmançı mübarizə aparıb. 2011-2012-ci il təvəllüdlü boksçuların turnirində qaliblər medal, diplom və hədiyyələrlə təltif olunublar.