Rza Rzayev qırğızıstanlı rəqibini məğlub edib

Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb və qələbə qazanıb.
Rza Rzayev (70 kq) 1/32 finalda Arvaz Ahmadi (Qırğızıstan) ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 3:2 (30:27, 27:30, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Rzayev oktyabrın 19-da 1/16 finalda Aaron Santurio Padro (İspaniya) ilə döyüşəcək.
Qeyd edək ki, yarışın ilk günündə 2 boksçumuz da mərhələ adlayıb.
