Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Qazaxıstanın Aktau şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın U-23 millisi 3 medal qazanıb.

Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) gümüş, Zidan Hünbətovla (55 kq) Əli Abdullayev (65 kq) bürünc mükafata yiyələniblər.