Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub

Serbiyanın Loznitsa şəhərində keçiriləcək boks üzrə U-19 Avropa çempionatının püşkü atılıb. Püşkdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
Yarışın ilk günündə yığmamızın 4 boksçusu rinqə çıxacaq.
35 ölkənin qatıldığı çempionatın qaliblərinin adına avqustun 17-də aydınlıq gələcək.
U-19 Avropa çempionatı
13 avqust
1/8 final
Gülər Hüseynova (51 kq) – Nataşa Lukiç (Serbiya)
1/16 final
Əli Əliyev (50 kq) – İmad Bouraouia (İtaliya)
Əli Baxışov (60 kq) – Artur Avetisyan (Ermənistan)
Renat Qiyaslı (80 kq) – Davit Mxetsadze (Gürcüstan)
14 avqust
1/16 final
Nihat Qasımov (55 kq) – Aldit Delyu (Albaniya)
Şahin Aslanov (65 kq) – Oskar Stil (Şotlandiya)
Rza Rzayev (70 kq) – Con Maher (İrlandiya)
Adil Zalov (75 kq) – Axillas Kaloqeridis (Yunanıstan)
15 avqust
1/8 final
Heydər Əzməmmədov (85 kq) – Niko Qoreta (Xorvatiya)
Zaur Səmədov (90 kq) – Alessio Ballarin (İtaliya)
Səfdər Məmmədzadə (+90 kq) – Ahmed Abdulhamidov (Almaniya)
Banuçiçək Nəsirli (48 kq) – Angeliki Petroula Sduqa (Yunanıstan)
17 avqust
1/8 final
Əminə Tağı (54 kq) – Medine Zaman (İsveç)


