Boksçularımız Olimpiya ümidləri turnirinə yollanıblar

İyunun 18-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Olimpiya ümidləri turniri start götürəcək. 3 gün davam edəcək yarışda Azərbaycan millisi 2 yaş kateqoriyasında mübarizə aparacaq.

U-19-lar arasında rinqə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Səftər Məmmədzadə (+90 kq) və Gülər Hüseynova (51 kq) çıxacaqlar. U-17-lərin yarışında isə Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) qüvvələrini sınayacaqlar.

Oğlan boksçuları beynəlxalq turnirdə baş məşqçi Elbrus Rzayevin, qızlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi yollanıb.

Qeyd edək ki, bu gün Sarayevoya yollanan komanda iyunun 21-də Bakıya qayıdacaq. Milliyə rəhbərliyi Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.