Avropa çempionatı: Boksçularımız daha 2 bürünc medal qazanıblar

Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında yarımfinal döyüşləri davam edir. Finala gedən yolda Azərbaycan millisinin daha iki idmançısı rinqə çıxıb.

Zidan Hümbətov (55 kq) Riza Muhammed Safari (İngiltərə) ilə, İlkanə Əhmədova (+80 kq) Olena Çernokolenko (Ukrayna) ilə üz-üzə gəlib. Hər 2 döyüşdə rəqib finala vəsiqə qazandığı üçün boksçularımız Avropa çempionatını bürünc medalla başa vurublar.

Daha öncə Sübhan Babayev (60 kq) də yarışda 3-cü yeri tutub. Banuçiçək Nəsirli (48 kq) və Bilalhəbaşi Nəzərov (50 kq) isə finalda döyüşəcəklər.

Qeyd edək ki, həlledici görüşlər oktyabrın 9-da olacaq.