Boksçularımız “Eurasian Dauria cup”da mübarizə aparacaqlar

Bu gün Rusiyanın Çita şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. 6 gün davam edəcək “Eurasian Dauria cup”da Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.

Məşqçi Ceyhun Əbiyevin rəhbərliyi altında rinqə Nihat Qasımov (51 kq) və Vüsal Xəlilov (63,5 kq) çıxacaqlar.

Qeyd edək ki, yarışa ümumilikdə 150 boksçu qatılacaq.