5 boksçumuz Eyndhoven kubokunda yarışacaq

Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda Azərbaycan millisi 5 idmançı ilə təmsil olunacaq.
Eyndhoven kubokunda məşqçilər Ceyhun Abiyev və İlkin Ağayevin rəhbərliyi altında rinqə Məhəmmədəli Qasımzadə, Məhəmmədəli Aşurəliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar.
Turnirdə Emil Qurbanəliyev ölkəmizi hakimi kimi təmsil edəcək.
Yarış iyunun 6-da start götürəcək. Final döyüşləri isə ayın 9-da olacaq.