19 İyun 2019, Çərşənbə - 02:38

Yığmamız yeni ilin ilk təlim-məşq toplanışına start verib

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. Komandamızın baş məşqçisi Vaqif Şirinov hazırlığa 26 nəfər dəvət edib.
Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən boksçulardır. Göygöldə təşkil olunan təlim-məşq toplanışı 21 gün davam edəcək və yanvarın 27-də başa çatacaq.
Məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.
Toplanış fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası