07 Avqust 2020, Cümə - 19:00

Yığmamız Vilnüsdə beynəlxalq turnirdə iştirak edəcək

Martın 20-də Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir start götürəcək. 13-cü dəfə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamızın baş məşqçisi Vaqif Şirinov martın 25-dək davam edəcək turnirdə Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (+91 kq) şans verəcək. Yarış Avropa birinciliyinə hazırlıq məqsədi daşıyır.

Turnirdə 20-dən artıq ölkənin iştirakı gözlənilir.

Qeyd edək ki, səfərə bu gün yollanacaq boksçularımız martın 25-də Vətənə dönəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası