12 Dekabr 2019, Cümə axşamı - 18:05

Yığmamız təlim-məşq toplanışına başlayıb

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub. Bu gün başlayan toplanışın ilkin mərhələsi dekabrın 9-dək nəzərdə tutulub.

Yığma ardınca məşqləri Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 9-27-də gerçəkləşəcək. Baş məşqçi ardınca komandaya 4 günlük istirahət verməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası