23 İyul 2018, Bazar ertəsi - 01:47

Yığmamız Olimpiadaya hazırlığı Göygöldə davam etdirir

Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Komandamız bu dəfə Göygöldə bir araya gəlib.
Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında baş tutan toplanışa 12 boksçu qatılıb. Hazırlığın bu mərhələsi iyulun 21-dək davam edəcək. Toplanışda əsasən fiziki, texniki və taktiki çalışmalara üstünlük verilir.
Məşqlər Macarıstanda keçiriləcək dünya birinciliyi və Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası