15 Dekabr 2018, Şənbə - 17:12

Yığmamız Kutaisidə beynəlxalq turnirə qatılacaq

İyunun 8-də Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. 3 gün davam edəcək yarışda Azərbaycan yığması da mübarizə aparacaq.

Ölkəmiz turnirə 11 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Vaqif Şirinov Kutaisidə Vüqar Hüseynov (49 kq), Tacəddin Maməliyev (56 kq), Nurlan Səfərov, Nəbi İsgəndərov (hər ikisi 60 kq), Məhəmmədəli İsmayılov, Səbuhi Abışov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (+91 kq) şans verəcək.

Yarışda Gürcüstan, Azərbaycan, Rusiya, Ermənistan və Qazaxıstan yığmaları iştirak edəcəklər.

Qeyd edək ki, bu gün axşam saatlarında səfərə çıxacaq komandamız iyunun 12-də Vətənə dönəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası