23 Sentyabr 2018, Bazar - 02:19

Yığmamız Gürcüstanla birgə Şamaxıda hazırlıq keçəcək

Bu gün yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışına start veriləcək. Mayın 10-dək keçiriləcək hazırlıqda 25 idmançı iştirak edəcək.

Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirəcək. Hazırlıq prosesinə yığmamızla yanaşı, qonşu Gürcüstan millisinin üzvləri də qatılacaq. 2 yığmanın birgə təlim-məşq toplanışında iştirakı Heydər Əliyev kubokuna hazırlıq məqsədi daşıyır. Bu turnir mayın 10-14-də Bakıda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası