16 Oktyabr 2019, Çərşənbə - 03:26

Yığmamız Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək

Sabah Gürcüstanın paytaxtı Tbilisidə boks üzrə beynəlxalq turnir start götürəcək. David Kvaçadzenin şərəfinə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.

Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirə yollanan yığmamızın şərəfini Rüfət Hüseynov (52 kq), Nurlan Səfərov (60 kq), Nəbi İsgəndərov, Fərid Ağamoğlanov (hər ikisi 64 kq) və Elnur Süleymanov (75 kq) qoruyacaqlar.

Yarışda final görüşləri aprelin 20-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası