20 Oktyabr 2018, Şənbə - 16:53

Yığmamız 5 qızıl və 4 gümüş medalla beynəlxalq turnirdə birinci olub

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.

Komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Belə ki, bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) isə ikinci yeri tutublar.

Bu göstərici ölkəmizi komanda hesabında birinci edib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.

Qeyd edək ki, millimiz Vətənə bu gün qayıdacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası