12 Dekabr 2019, Cümə axşamı - 17:01

Yığma üzvləri növbəti mərhələdə

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 29 komandanın iştirakı ilə 109 idmançının qatıldığı yarışın ikinci günündə 23 döyüş baş tutub.
52 kq, 57 kq, 63 və 65 kq çəki dərəcələrində baş tutan qarşılaşmalardan sonra mərhələ adlayan boksçuların adları bəlli olub. Çempionatın ikinci günü Azərbaycan millisinin üzvləri asan qələbə qazanıblar. Yığmamızın aparıcı boksçularından İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Tayfur Əliyev (57 kq) və dünya çempionu Cavid Çələbiyev (63 kq) rinqdən qalib ayrılıblar. Həmçinin Amin Kuşkov (75 kq) da rəqibinə şans verməyib.
Boks Mərkəzində keçirilən çempionatın III günündə döyüşlərə saat 14:00-da start veriləcək.

Azərbaycan çempionatı
İkinci günün nəticələri
52 kq

Maqsud Xasmetov (“Abşeron” İK) – Bexraz Eslami (“Kür” İK) – birinci tam üstünlüklə qələbə qazanıb

57 kq

Tayfur Əliyev (“Sədərək” İK) – Qoşqa Səfərli (DİN İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Əflatun Babayev (DİN İK) – Fuad Tarıverdiyev (“Qızıl əlcək” İK) – 0:5
Əhməd Əhmədov (“Neftçi” İK) – Nurlan Səfərov (BFL) – ikinci tam üstünlüklə qələbə qazanıb
Amid Əlizadə (“Kür” İK) – Ramazan Abdullayev (MOİK) – 2:3
Fuad Mahmudov (“Qəbələ” İK) – Kənan Əliyev (“Sədərək” İK) – 0:5
Polad Hüseynov (Z-1) – Anar Qurbanov (Sabirabad) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Elnur Bəydizadə (“Gömrükçü” İK) – Ümid Rüstəmov (DİN İK) – ikinci tam üstünlüklə qalib gəlib

63 kq

Ruslan Rüstəmov (DİN İK) – Rakif Cəfərov (“Səbail” İK) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Şirxan Məlikov (“Neftçi” İK) – Kənan Kazımov (“Qəbələ” İK) – birinci döyüşü davam etdirməkdən imtina edib
Malik Həsənov (DİN İK) – Samir Əsədli (AZTU) – 5:0
Kamran Baxşəliyev (Masallı) – Nəbi İsgəndərov (“Sədərək” İK) – birinci döyüşə gəlməyib
Elvin Mustafayev (“Kür” İK) – Elşən Əliyev (“Gömrükçü” İK) – 0:5
Kamran Orucov (Z-1) – Qabil Qasımov (“Naxçıvan” İK) – ikinci döyüşə gəlməyib
Aleksey Puxov (“Neftçi” İK) – Osman Əliyev (ROİL) – 5:0
Əli Məmmədzadə (“Qəbələ” İK) – Cavid Çələbiyev (“Qəbələ” İK) – 0:5

75 kq

Rasim Çobanlı (DİN İK) – Rəhim Soltanov (GRBG) – 5:0
Amin Kuşkov (“Sədərək” İK) – Sərxan Səmədov (“Kür” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Tural Şamiddinov (“Gömrükçü” İK) – Səməd Həsənzadə (Sabirabad) – ikinci tam üstünlüklə qalib gəlib
Fuad Qəribov (“Qızıl əlcək” İK) – Elşad Muradov (“Gömrükçü” İK) – birinci tam üstünlüklə qalib gəlib
İqor Platov (Sumqayıt) – Rüfət Nəbiyev (MOİK) – birinci diskvalifikasiya olunub
Fuad Vəliyev (BFL) – Hacı Dilbazov (MOİK) – 0:3
Mirşərif Kazımzadə (DİN İK) – Hidayət Musayev (“Qəbələ” İK) – 5:0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası