15 Dekabr 2018, Şənbə - 17:48

Yığma üzvləri mərhələ adlayıblar

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 28 komandanın iştirakı ilə 150-yə yaxın idmançının qatıldığı yarışın ikinci günündə 21 döyüş baş tutub.
Belə ki, 75 kq, 81 kq çəki dərəcələrində 1/8, 56 kq, 91 kq, +91 kq çəki dərəcələrində 1/4 final mərhələsinin görüşləri keçirilib. Çempionatın ikinci günü Azərbaycan millisinin üzvləri asan qələbə qazanıblar. Yığmamızın aparıcı boksçularından İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Tayfur Əliyev (56 kq) və Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı (75 kq) adlarını növbəti mərhələyə yazdırıblar. Həmçinin Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) də rinqdən qalib ayrılıblar.
Çempionatın III günü 20 qarşılaşma təşkil olunacaq. Döyüşlərə saat 14:00-da start veriləcək.

Azərbaycan çempionatı
II gün
56 kq

Tayfur Əliyev (MOİK) – Fuad Tarverdizadə (“Sədərək” İK) – 5:0
Orxan Əlirzayev (“Gömrükçü” İK) – Əflatun Babayev (DİN İK) – ikinci tam üstünlüklə qələbə qazanıb
Ümid Rüstəmov (DİN) – Həsən İbrahimov (BFL) – 5:0
Polad Hüseynov (Z-1) – Əbdürrəhman Şirinov (BFL) – 2:3

75 kq

Kamran Şahsuvarlı (“Qəbələ” İK) – Fuad Vəliyev (BFK) – 5:0
Rasim Rzayev (“Sərhədçi” OİM) – Şükür Hüseynov (Naxçıvan) Rasim Çobanlı (BFL) – Elçin Nuriyev (MOİK) – 5:0
Laçın Balakişiyev (“Gömrükçü” İK) – Ümid Quliyev (Ağdaş) – birinci tam üstünlüklə qələbə qazanıb
İsmayıl Hüseynov (“Qəbələ” İK) – İlham Əhlimanov (“Neftçi” İK) – 5:0
Ramal Aslanov (“Sədərək” İK) – Elgün Abdullayev (DİN İK) – 5:0
Elmar Abdullayev (“Səbail” İK) – Məhəmməd Hacıyev (BFL) – 0:5
Şirxan Məmmədov (“Sərhədçi” OİK) – Fərid Qəribov (“Qızıl əlcək” İK) – 0:5

81 kq

Pedro Alfonso (“Qəbələ” İK) – Rəvan Əliyev (Balakən) – 3:2

91 kq

Rahil Məmmədli (“Qəbələ” İK) – Ülvi Eyubov (“Gömrükçü”) – birinci tam üstünlüklə qələbə qazanıb
Məhəmməd Bayramov (Naxçıvan) – İsmayıl Yaqubov (DİN) – birinci döyüşü davam etdirməkdən imtina edib
Xəqani Cəfərov (“Sədərək”) – Sürət Qarayev (“Gömrükçü” İK ) – birinci döyüşü davam etdirməkdən imtina edib
Yusif Məmmədov (BFL) – Rövşən Yaqubzadə (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib

+91 kq

Sadıq Səmədov (DİN İK) – Röyal Allahverdiyev (AzTU) – birinci tam üstünlüklə qalib gəlib
Əli Rəhimov (“Gömrükçü” İK) – Mətin Mirəliyev (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Elşən Hüseynov (DİN İK) – Asif Aslanlı (“Qəbələ” İK) – birinci döyüşü davam etdirməkdən imtina edib
Məhəmməd Abdullayev (BFL) – Arzuman Əliyev (BFL) – ikinci görüşə gəlməyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası