28 Sentyabr 2021, Çərşənbə axşamı - 05:02

Yeniyetmə boksçularımız I MDB Oyunlarında iştirak edəcək

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında iştirak edəcək. Yığmamız sentyabrın 4-11-də keçiriləcək yarışa 8 idmançı ilə qatılacaq.

Oyunlarında ölkəmizi İbrahim Zeynalov (50 kq), Ramal Yolçuyev (46 kq), Tağı Nəsibov (48 kq), Məhəmmədəli Qasımzadə (54 kq), Ziya Həsənov (66 kq), Aysu İsmayılova (48 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) təmsil edəcəklər. Onlar yarışa baş məşqçi Vaqif Kazımov, məşqçilər Vüqar Məmmədov, Ağası Məmmədov və Elvin Məmişzadənin rəhbərliyi altında yollanacaqlar.

Qeyd edək ki, komandalarımız Oyunlara hazırlığın son mərhələsini Sumqayıtda keçirlər. Təlim-məşq toplanışına oğlanlardan ibarət komandanın əsas çalışdırıcısı Vaqif Kazımovla yanaşı, qızlardan ibarət millinin baş məşqçisi Elbrus Rzayev rəhbərlik edir. Məşqlər avqustun 30-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası