09 Dekabr 2021, Cümə axşamı - 11:31

Üç boksçumuz I MDB Oyunlarında mübarizə aparıb

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında boks yarışları davam edir. Turnirin ikinci günündə Azərbaycan millisinin 3 qız idmançısı rinqə çıxıb.

İştirakçı sayı az olduğu üçün hər 3 yığma üzvü ilk görüşdəcə final üçün mübarizə aparıb. Təmsilçilərimizdən Aysu İsmayılova (48 kq) Anita Adişevaya (Qazaxıstan), Qızbəs İsgəndər (57 kq) Rano Muratbayevaya (Özbəkistan) və Emili Rzayeva (63 kq) Kristina Qalkinaya (Rusiya) məğlub olub.

Qeyd edək ki, Oyunlarda sabah oğlan boksçular yarımfinal döyüşlərinə çıxacaqlar. Sentyabrın 5-də isə final görüşləri baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası