07 İyun 2020, Bazar - 09:39

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları təxirə salınıb.

Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi rəsmi saytı vasitəsilə açıqlayıb.

Belə ki, Beynəlxalq Olimpiya Komitəsi prezidenti Tomas Baxla Yaponiyanın baş naziri Sindzo Abe arasında baş tutan telefon danışığından sonra koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən Olimpiadanı 2021-ci ilə təxirə salmaqla bağlı razılıq əldə olunub. Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən bu cür qərar qəbul edilib. Tokio-2020-nin adı isə dəyişdirilməyəcək.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası