28 Sentyabr 2021, Çərşənbə axşamı - 05:22

Tokio-2020: Tayfur Əliyev vyetnamlı boksçu ilə qarşılaşıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib. 5 idmançı ilə qatıldığımız Olimpiadada rinqə Azərbaycan millisinin heyətində ilk olaraq Tayfur Əliyev (57 kq) çıxıb.

Avropa Oyunlarının mükafatçısı “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın 1/16 final çərçivəsində Nquyen Van Duonqu (Vyetnam) sınağa çəkib. Gərgin keçən döyüş rəqibin 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:27) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün daha 2 boksçumuz mübarizəyə qoşulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası