14 Noyabr 2018, Çərşənbə - 12:28

Teymur Məmmədov yarımfinal döyüşünü qələbə ilə bitirib – FOTOSESSİYA

IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Kamran Şahsuvarlının (75 kq) ardınca Teymur Məmmədov (91 kq) da həlledici döyüşə vəsiqə qazanıb.

O, yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan Olimpiya mükafatçımız yekunda 4:1 hesablı qələbə qazanıb.

Məmmədov sabah təşkil olunacaq finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası