11 İyul 2020, Şənbə - 14:14

Tayfur Əliyev: “Ondan revanş almağa çalışacağam”

Azərbaycan millisinin boksçusu Tayfur Əliyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı debütünü şərh edib. 56 kq çəki dərəcəsində mübarizə aparan Bakı-2015-in bürünc medalçısı bildirib ki, bolqarıstanlı Boyan Asenova qalib gəlməsində rəqibi yaxşı öyrənməsi rol oynayıb:

“Qarşılaşmaya çox məsuliyyətli hazırlaşmışdım. Rəqibimin görüşlərinə baxmışdım. Zəif və güclü tərəflərini analiz etmişdim. Əldə etdiyim məlumatlardan rinqdə istifadə etdim və istəyimə nail oldum. Onu çoxdan tanıyırdım. Rəqibimin görüşlərinə baxdım və səhvlərini gördüm”.

22 yaşlı boksçu 1/8 finalda qarşılaşacağı ukraynalı Mukola Butsenkonu da tanıdığını deyib: “O, yaşda məndən 7-8 yaş böyükdür. Ukrayna komandasının da kapitanıdır. Ən güclü boksçularından hesab olunur. Bu isə məni qorxutmur. Onunla iki il bundan öncə döyüşmüşəm. Yaxşı görüş keçirmişəm. Kiçik səhvlər nəticəsində məğlub olmuşam. Ondan revanş almağa çalışacağam. Birinci döyüşdə buraxdığım səhvləri etməyəcəyəm. Psixoloji və texniki olaraq daha məsuliyyətli hazırlaşmağa çalışacağam. Rəqibin qarşısına güclü çıxmaq istəyirəm”.

Qeyd edək ki, T.Əliyev növbəti qarşılaşmasına iyunun 24-də çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası