17 İyun 2021, Cümə axşamı - 21:11

Tayfur Əliyev 1/4 final görüşünü keçirib

Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib. 57 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Samuel Kiristoferlə (Fransa) üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Əliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin koronavirus pandemiyası üzündən dayandırılan yarışda 1/4 final mərhələsinə yüksəlməklə Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası