IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının daha bir boksçusu növbəti qələbəsini qazanıb. 69 kq çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev 1/2 final səddini də uğurla keçib.
O, İlya Oçkini (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:0 hesabı ilə qələbə qazanıb.
25 yaşlı idmançımız sabah keçiriləcək həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək.
Qeyd edək ki, Abdullayevdən öncə Cavid Çələbiyev (60 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) finala vəsiqə qazanıb.