11 İyul 2020, Şənbə - 15:27

Tamerlan Abdullayev: “İdmançı çəkdiyi əziyyətin bəhrəsini görəndə sevinir”

Azərbaycan millisinin boksçusu Tamerlan Abdullayev (69 kq) IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışını dəyərləndirib.

Yarışı ikinci pillədə başa vuran 25 yaşlı idmançı bildirib ki, çempion olmasına gözünün zədələnməsi mane olub: “İslamiadanın hazırlığına bir neçə ay öncədən başlamışdıq. Məsuliyyətli yarış idi. Oyunlar Bakıda, doğma divarlar arasında keçirildiyindən çempion olmaq istəyirdim, amma ikinci yeri tutdum. Buna da şükür edirəm. İdmançı çəkdiyi əziyyətin bəhrəsini görəndə sevinir. Nə hisslər keçirdiyimi ancaq idmanla məşğul olub, uğur əldə edənlər başa düşə bilər. Gözlərim zədəli idi. Buna görə də, final görüşüm istədiyim kimi alınmadı. Gözlərim zədəli olmasaydı, rəqibim – özbəkistanlı Bobo-Usman Baturova qarşı döyüşü başqa cür quracaqdım. Mənə tapşırıq verilmişdi ki, uzaq məsafədən döyüşüm. 1/4 finalda xəsarət almışdım və növbəti görüşlərə zədəli-zədəli çıxmışdım”.

T. Abdullayev zədəsini tam sağaldıb sıraya dönməsi üçün ən azı 2-3 həftə vaxta ehtiyacının olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası