15 Dekabr 2018, Şənbə - 17:12

“Strandja” turnirində 1/8 final mərhələsinin döyüşləri keçirilib

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. 69-cu dəfə keçirilən yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Boksçularımızdan Araz İmaməliyevlə (49 kq) Sayad Lalayev (60 kq) rinqə çıxıblar. 1/8 final mərhələsi çərçivəsində baş tutan döyüşlər təmsilçilərimizin məğlubiyyəti ilə nəticələnib.

Qeyd edək ki, yığmamızın üzvlərindən Məsud Yusifzadə (52 kq) çıxışını davam etdirir. O, sabah 1/4 finalda iranlı Reza Suleymanifardla üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası