09 Dekabr 2021, Cümə axşamı - 11:36

Sərxan Əliyev millimizə ikinci bürünc medalı qazandırıb

Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını rəsmiləşdirib. Komandamızın aktivinə ikinci bürünc mükafatı Sərxan Əliyev (71 kq) əlavə edib.

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından Əliyev bürünc medalla kifayətlənib. Ondan öncə Məhəmməd Abdullayev (+92 kq) də mundialı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, sabah millimizin boksçusu Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. O, braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası