Bu gün boks üzrə kadetlər arasında Qərb zonasının birinciliyinə start verilib. Cənub, Şimal və Bakı zonasından sonra baş tutan yarışa ev sahibliyini Gəncə edir.
Olimpiya İdman Kompleksində təşkil olunan birinciliyə Ağstafa, Tovuz, Kəlbəcər, Tərtər, Şəmkir, Mingəçevir, Ağcabədi, Göygöl, Gəncə, Gədəbəy və Goranboy komandaları qatılıblar. 17 çəki dərəcəsində 95 boksçu mübarizəyə qoşulub. İlk 3 yeri tutacaq idmançılar ölkə birinciliyində iştirak hüququ qazanacaqlar. Yarış 4 gün davam edəcək.
Növbəti turnirlər Sumqayıt və Naxçıvan zonaları üzrə olacaq.
Qeyd edək ki, bu yarışların təşkilində əsas məqsəd boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsidir.