15 Avqust 2020, Şənbə - 03:43

Qələbə sənindir, Azərbaycan əsgəri!

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edirlər. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib və düşmən itki verərək geri otuzdurulub. Hazırda döyüşlərin baş verdiyi ərazidə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Mənfur qonşularımızın hücumlarının qarşısını alarkən şəhid olan hərbçilərimizin ailələrinə və Azərbaycan xalqına başsağlığı verir, yaralılarımıza şəfa diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası