28 Fevral 2020, Cümə - 06:19

Qadın boksçulardan ibarət Azərbaycan yığması hazırlığa başlayıb

Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. Komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib.

Hazırlığa 8 boksçu dəvət olunub. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək.

Toplanış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya veriləcək turnirlərə hazırlıq xarakteri daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası