21 Aprel 2019, Bazar - 10:07

Özbəkistan Boks Federasiyası Kəmaləddin Heydərova təşəkkür məktubu göndərib

Özbəkistan Boks Federasiyası adından qurumun sədrinin I müavini Saken Polatov Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova təşəkkür məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Kəmaləddin Fəttah oğlu
Özbəkistan Boks Federasiyası öz hörmətini ifadə edir, Sizə, Azərbaycan Boks Federasiyasının kollektivinə və 2019-cu il martın 26-dan aprelin 2-dək Bakı şəhərində keçirilən “Böyük İpək Yolu” turnirinin bütün təşkilat komitəsinə təşəkkür edir.
Turnirin bütün təşkilat komitəsinin ahəngdar işi, bizim idmançımıza vaxtında göstərilən tibbi yardım sizin bütün komandanızın yüksək peşəkarlıq səviyyəsini hamıya bir daha göstərdi.
Ümid edirik ki, Sizin vicdanlı əməyiniz və peşəkarlığınız boksun ölkədə gələcək inkişafına kömək edəcək və dünya idman arenalarında Sizin idmançıların nəticələrinə dəstək olacaq.
Sizə uğurlar və rifah arzulayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası