23 Sentyabr 2018, Bazar - 02:35

On boksçumuz finalda!

Yeniyetmə oğlan boksçular arasında Beynəlxalq “Heydər Əliyev Kuboku-2018” turnirində bu gün yarımfinal mərhələsinin döyüşləri keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan ənənəvi yarışda finalçılar müəyyənləşib.

26 döyüşdə Azərbaycan millisinin 17 boksçusu rinqə çıxıb. Onlardan 10-u adını finala yazdırıb. 7 idmançımız isə turniri bürünc medalla başa vurub.

Qazaxıstan millisinin də finalda 10 boksçusu mübarizə aparacaq. Həlledici döyüşlərdə Ukrayna 4, Gürcüstan 2 idmançı ilə təmsil olunacaq. Rusiya və Qırğızıstan boksçuları isə yarımfinal səddini keçə bilməyiblər.

Finallar sabah saat 14:00-da başlayacaq.

Qeyd edək ki, yarışa Azərbaycanın 2 komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları qatılıblar.

Yarımfinal mərhələsi


46 kq

Eşqin Hüseynov (Gürcüstan) – Ruslan Qədirov (Azərbaycan) – 0:5
Geno Xaftasi (Gürcüstan) – Muhammedsabir Uulu Bazarbay (Qazaxıstan) – 2:3

48 kq

Əli Zamanov (Azərbaycan) – Bohdan Ştonda (Ukrayna) – 4:1
Yerbolat Sabir (Qazaxıstan) – Sənan Əhmədov (Azərbaycan) – 5:0

50 kq

Giorgi Sadjaya (Gürcüstan) – Almaz Uzixanov (Qazaxıstan) – 0:5
Maksim Xorodnyuk (Ukrayna) – Maksoy Jusupov (Qırğızıstan) – 4:1

52 kq

Elmar Abbasov (Azərbaycan) – Nihad Qurbanov (Azərbaycan) – 5:0
Yerassil Tankay (Qazaxıstan) – Azadbek Kubatov (Qırğızıstan) – 5:0

54 kq

Əzrək Bəbirov (Azərbaycan) – Maqammed Mamayev (Rusiya) – 5:0
Maksim Vlasyuk (Ukrayna) – Jaslan Kayirbekov (Qazaxıstan) – 5:0

57 kq

Nihat Həmidov (Azərbaycan) – Giorgi Lazaraşvili (Gürcüstan) – 5:0
Bekzat Bitimov (Qazaxıstan) – Abzal Serik (Qazaxıstan) – 0:5

60 kq

Rəşid Həsənov (Azərbaycan) – Giorgi Qeqeçxori (Gürcüstan) – 1:4
Kiril Taran (Ukrayna) – Eldar Babayev (Azərbaycan) – 1:4

63 kq

Samir Nəsirov (Azərbaycan) – İsa Novruzlu (Azərbaycan) – 2:3
Dias Moljiqitov (Qazaxıstan) – Elmir Novruzov (Azərbaycan) – 0:5

66 kq

Nikolos Jioşvili (Gürcüstan) – İlya Kisselyov (Qazaxıstan) – 1:4
Mikita Qorbatenko (Ukrayna) – Yuri Aleksa (Ukrayna) – 3:2

70 kq

Cəfər Heydərli (Azərbaycan) – Apimuxamed Xiyazov (Qırğızıstan) – 5:0
Yerassil Jakpekov (Qazaxıstan) – Nurlan Qasımov (Azərbaycan) – birinci tam üstünlüklə qələbə qazanıb

75 kq

Yevgeni Prixodko (Qazaxıstan) – Giorgi Qitsatev (Gürcüstan) – 5:0
Matvey Rajba (Ukrayna) – Vladimir Kuşnir (Ukrayna) – 0:5

80 kq

Murad Allahverdiyev (Azərbaycan) – Nikita Xripko (Ukrayna) – 4:1
Nursultan Beysenbayev (Qazaxıstan) – Dias Konisbay (Qazaxıstan) – 4:1

+80 kq

Əhməd Əhmədov (Azərbaycan) – Əmanət Sabirqali (Qazaxıstan) – 2:3
Saba Axalaya (Gürcüstan) – Əsəd Baxışov (Azərbaycan) – 3:2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası