19 Avqust 2019, Bazar ertəsi - 17:51

Olimpiadada boksçularımızın rəqibləri dəqiqləşib

Argentinanın paytaxtı Buenos Ayresədə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib. Tədbirdə Azərbaycan millisinin üzvlərinin də rəqibləri bəlli olub.

Belə ki, yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov (60 kq) ilk döyüşünü kanadalı Spenser Volcoksa qarşı keçirəcək. 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Nicat Həsənovun isə Olimpiadada debütü Amerika Samoasını təmsil edən Falaniko Tautaya qarşı olacaq.

Bu gün start götürəcək döyüşlər Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Oyunlarda boks yarışları 4 gün davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası