15 Avqust 2020, Şənbə - 03:28

Minsk-2019: Tayfur Əliyev Avropa Oyunlarına qələbə ilə başlayıb – FOTOSESSİYA

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində boks yarışlarına start verilib.

Azərbaycan millisinin heyətində öncə 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb.

O, 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə rəqibini məğlub edən boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.

Qeyd edək ki, “Uriçye Arena”da təşkil olunan yarışda bu gün daha iki boksçumuz rinqə çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası