16 Noyabr 2019, Şənbə - 03:13

Minsk-2019: Rüfət Hüseynov italiyalı boksçu ilə döyüşüb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında 1/4 final mərhələsi start götürüb. Azərbaycan yığmasının mübarizəni davam etdirən dörd boksçusundan ilk olaraq Rüfət Hüseynov rinqə çıxıb.

49 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz italiyalı Federiko Serra ilə qarşılaşıb. “Uruçye Arena”dakı görüş italiyalının qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, sabah daha üç boksçumuz 1/4 final görüşünə çıxacaq. Cavid Çələbiyev 60 kq, Lorenso Sotomayor 69 kq, Alfonso Dominqes 81 kq çəki dərəcəsində yarımfinala vəsiqə üçün mübarizə aparacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası