15 Avqust 2020, Şənbə - 03:18

Minsk-2019: Lorenzo Sotomayor növbəti qələbəsini qazanıb

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilib. Azərbaycan boksçusu Lorenso Sotomayor 69 kq çəki dərəcəsində 1/8 final çərçivəsində Bosniya və Herseqovina təmsilçisi Adem Fetahoviçlə üz-üzə gəlib.

4:1 hesabı ilə qələbə qazanan boksçumuz 1/4 finala vəsiqə qazanıb.

L.Sotomayor 1/4 finalda Patriot Behrami (Kosovo) ilə qarşılaşacaq. Bu döyüş iyunun 26-da baş tutacaq.

Qeyd edək ki, L.Sotomayor Avropa Oyunlarında mübarizəni davam etdirən 4-cü boksçudur. Ondan başqa, Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) də Minsk-2019-da məğlubiyyətsiz irəliləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası