11 İyul 2020, Şənbə - 15:26

Minsk-2019: Lorenzo Sotomator erməni rəqibi üzərində inamlı qələbə qazanıb

Belarusda keçirilən II Avropa Oyunlarının boks yarışlarında ikinci günün döyüşlərinə start verilib. Bu gün Azərbaycan yığmasının daha bir boksçusu mübarizəyə başlayıb.

Rio Olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib. O, Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0.

Qeyd edək ki, L.Sotomayor 1/8 finalda Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası