20 Sentyabr 2020, Bazar - 17:10

Minsk-2019: Kamran Şahsuvarlı Oyunlarla vidalaşıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir. Üçüncü yarış günündə Azərbaycan millisinin daha bir idmançısı rinqə çıxıb.

75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı 1/8 finalda qüvvəsini sınayıb. Boksçumuz “Uruçye Arena”da baş tutan yarışda Maykl Nevinlə (İrlandiya) görüşüb. O, qarşılaşmadan məğlub ayrılaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, K. Şahsuvarlı ilk qarşılaşmasında Giorgi Harabadzeyə (Gürcüstan) qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası