11 İyul 2020, Şənbə - 14:44

Minsk-2019: Kamran Şahsuvarlı ilk qarşılaşmasında gürcü ilə qarşılaşacaq

Azərbaycan boksçusu Kamran Şahsuvarlının (75 kq) II Avropa Oyunlarındakı ilk rəqibi müəyyənləşib. Olimpiya mükafatçımızın 1/16 finalda üz-üzə gələcəyi boksçu bu gün keçirilən 1/32 finalda dəqiqləşib.

Belarusun paytaxtı Minskdəki “Uruçye Arena”da keçirilən döyüşdə gürcüstanlı Giorgi Xarabadze ilə serbiyalı Miloslav Saviç qarşılaşıb. 5:0 hesablı qələbə qazanan Gürcüstan boksçusu K.Şahsuvarlıya rəqib olub.

Qeyd edək ki, boksçumuzun 1/16 final döyüşü iyunun 22-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası