14 İyul 2020, Çərşənbə axşamı - 12:39

Minsk-2019: Daha bir boksçumuz rinqə çıxıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir. Azərbaycan millisinin heyətində +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev bu gün rinqə çıxıb.

Milli üzvü “Uruçye Arena”dakı ilk döyüşünü 1/16 final mərhələsi çərçivəsində keçirib. O, bolqarıstanlı Petar Belberovla qarşılaşıb. 1:4 hesabı ilə uduzan M.Abdullayev Minsk-2019-dakı çıxışını başa vurub.

Qeyd edək ki, bu gün rinqə çıxan digər iki boksçumuzdan Tayfur Əliyev (56 kq) qələbə qazanıb, Rahil Məmmədli (91 kq) isə məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası