14 İyul 2020, Çərşənbə axşamı - 12:42

Minsk-2019: Daha bir boksçumuz 1/8 finala vəsiqə qazanıb

Azərbaycan milli komandasının daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.

75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı ilk döyüşünü keçirib.

O, “Uruçye Arena”da təşkil olunan yarışın 1/16 final mərhələsində qüvvəsini sınayıb. Boksçumuzun rəqibi Giorgi Harabadze (Gürcüstan) olub. İdmançımız 4:1 hesabı ilə qalib gəlib.
K.Şahsuvarlı bu qələbə ilə 1/8 finala yüksəlib. O, bu mərhələdə Mark Dikinsona (Böyük Britaniya) 3:2 hesabı ilə qalib gələn Maykl Nevin (İrlandiya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası