20 Sentyabr 2020, Bazar - 19:09

Minsk-2019: Bəxtiyar Qazıbəyov Oyunlarda çıxış edib

Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə start verib. 64 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov ilk döyüşünü keçirib.

Boksçumuz mübarizəyə 1/16 finaldan başlayıb. Onun “Uruçye Arena”dakı rəqibi hollandiyalı Enriko Lakruz olub. B.Qazıbəyov uduzaraq, Avropa Oyunlarında çıxışını başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası