16 Noyabr 2019, Şənbə - 03:32

Minsk-2019: Azərbaycan yığmasının daha bir boksçusu ikinci döyüşünü qalib başa vurub

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan millisinin daha boksçusu 1/4 finalda iştirak hüququ qazanıb. 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes 1/8 final mərhələsini də qələbə ilə başa vurub.

Yığması üzvü “Ureçye Arena”da ikinci döyüşündə belaruslu Mixail Dauhalyavetslə üz-üzə gəlib. 5:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib.

O, 1/4 finalda çexiyalı İrji Muzikə qalib gələn belçikalı Ziad El Mohurla üz-üzə gələcək. Bu görüş sabah baş tutacaq.

Qeyd edək ki, yarışa 11 idmançı ilə yollanan Azərbaycan yığmasının dörd boksçusu 1/4 finala yüksəlib. A. Dominqesə qədər Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Lorenzo Sotomayor (69 kq) da bu hüquqa yiyələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Boks Federasiyası

Azərbaycan Boks Federasiyası